2 həftə əvvəl maliyyə pozuntularına görə Yuventus klubunun 15 xalı silinmişdi. Bu radikal qərardan sonra klub 8-ci pilləyə yuvarlanmışdı. “Mançester Siti” də oxşaq aqibətlə üzləşə bilər. İngiltərə Premyer Liqası rəhbərliyi “şəhərlilər”in çoxsaylı maliyyə qaydalarını pozmaqda ittiham edir. Bəyanata əsasən Mançester klubu 2009/2010 mövsümündən 2018-ci ilə qədər 100-dən çox qanun pozuntusuna yol verib. Bu dövr ərzində klub rəhbərliyi gəlir və xərclərlə bağlı dəqiq hesabat təqdim etməyib. Müxtəlif illərdə UEFA-nın klubların lisenziyalaşdırılması və “Maliyyə Fair Play” qaydalarının pozulduğu da vurğulanıb
İddialar öz təsdiqini tapsa, klubun 15 xalı silinəcək. Əlavə edək ki, komanda hazırda 45 xalla premyer liqada 2-ci pilədə qərarlaşıb. Xallar silinəcəyi halda “Mançester Siti” 9-cu pilləyə qədər geriləyə bilər.